Millimizə dəvət alan futbolçu İspaniya La Liqasında

Millimizə dəvət alan futbolçu İspaniya La Liqasında

İspaniya çempionatının II divizionunda çıxış edən “Real Mursia” klubunun üzvü Eddi İsrafilov karyerasını La Liqada klubunda davam etdirəcək.

 

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, anası azərbaycanlı olan yarımmüdafiəçi “Qranada” ilə razılığa gəlib.

 

O, yeni klubunda icarə əsasında çıxış edəcək. İsrafilovun çıxışı uğurlu alınarsa, onunla beş illik müqavilə imzalanması ilə bağlı razılıq əldə olunub.

COMMENTS