Milli komandamız qarşıdakı yoxlama oyunları üçün Bakıda təlim-məşq toplanışına başlayır.
Milli komandanın mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız bu gün saat 18:00-da ilk məşqinə çıxacaq.
Hazırlığa Tofiq Bəhramov adına Respublika stadionunda start verəcək millimiz növbəti məşqlərini Bakı Olimpiya Stationunda keçirəcək.
Qeyd edək ki, iyunun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq millimiz mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək.
Dosye.org
COMMENTS