Millimiz Fransaya uduzdu

Millimiz Fransaya uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Milan Obradoviçin komandası səfərdə Fransa yığması ilə qarşılaşıb “Stade de l’Epopee”də keçirilən matçda yığmamız uduzub – 0:5.

Qeyd edək ki, millimiz bundan əvvəl Lixtenşteynə  (0:1) və  Gürcüstana (0:3) uduzub,  Slovakiyaya (2:1) qalib gəlib.

10 oktyabr

23:00. Fransa – Azərbaycan – 5:0
Qollar
: Eduard, 2, 36, Zaqadu, 40, Auar, 52, Nordin, 76
Baş hakim: Antoniu Nobre (Portuqaliya)

COMMENTS