“Avro-2016”nın seçmə mərhələsində 9-cu turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, H qrupuda mübarizə aparan milli komandamız da bu gün növbətini matçına çıxıb.
Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda İtaliya millisini qəbul edib. Qarşılaşma qonaq komdanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə İtaliya millisi “Avro-2016″nın final mərhələsinə vəsiqəni təmin edib.
Millimiz isə baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında ilk dəfə rəsmi oyunda uduzub. Milli komandamız ardıcıl 4 oyun idi uduzmurdu.
10 oktyabr
“Avro-2016”nın seçmə mərhələsi, 9-cu tur
H qrupu
21:00. Azərbaycan – İtaliya – 1:3
Qollar: Eder, 11 (0:1), Dmitri Nazarov, 31 (1:1), Stefan El-Şaaravi, 43 (1:2), Darmian, 65 (1:3)
Qırmızı vərəqə: Bədavi Hüseynov, 88 (Azərbaycan)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
Bakı. Olimpiya stadionu
Azərbaycan: Kamran Ağayev, Bədavi Hüseynov, Rəşad Sadıqov (k), Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Maksim Medvedev, Əfran İsmayılov (Məhəmməd Mirzəbəyov, 90+1), Ruslan Qurbanov ( Erat, 74), Dmitri Nazarov
Ehtiyat oyunçular: Aqil Məmmədov, Anar Nəzirov,Pavel Paşayev, Ruslan Abışov, Tərlan Quliyev, Rəşad Sadiqov, Elvin Məmmədov, Rəhman Hacıyev, Elnur Cəfərov
İtaliya: Buffon (k), De Şilyo, Kyellini, Darmian, Bonuççi, Kandreva (Montoliva, 88), Veratti, Parolo, Pelle, Əl-Şaaravi ( Florensi,74), Eder
Ehtiyat oyunçular: Padelli, Sirigu, Barzaqli, Santon, Soriano, Bonaventura, Bertolaççi, Zaza, Qiovinco, Quagliarella
COMMENTS