Bu gün 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan Avropa çempionatının elit-raundunda 7-ci qrupun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, Azərbaycanın U-19 yığması bu gün ilk matçına çıxıb.
Nikolay Adamın komandası ilk görüşündə meydan sahibləri Fransa millisi ilə üz-üzə gəlib. Yığmamız rəqibinə 0:2 hesabı ilə uduzub. Qrupun digər oyununda İngiltərə Danimarka ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə ingilislər əzmkar qələbə qazanıb – 3:2.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu ilin iyul ayında Yunanıstanda keçiriləcək.
26 mart
Avropa çempionatı, elit-raund
22:30. Fransa – Azərbaycan – 2:0
Qollar: Koman, 61, 90 (2:0)
Hakimlər: Nikola Dabanoviç, Corcjije Raznatoviç (hər ikisi Çernoqoriya), Vital Yobin, Andrien Yakkottet (hər ikisi İsveçrə)
21:00. İngiltərə – Danimarka – 3:2
Qollar: İnqvartsen, 7 (0:1), Braun, 33 (1:1), Skov, 41 (1:2), Pedersen, 45+1-avtoqol (2:2), Smit-Braun, 82 (3:2)
Hakimlər: Marko Quida, Andrea Krispo (hər ikisi İtaliya), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)
COMMENTS