Millimiz Moldovaya qarşı – Yenilənir

Millimiz Moldovaya qarşı – Yenilənir

Bu gün milli komandamız təlim-məşq toplanışı çərçivəsində sonuncu – 3-cü yoldaşlıq oyununu keçirəcək.

Qol.az xəbər verir ki, Canni De Byazinin komandası səfərdə Moldova yığması ilə qarşılaşacaq.

Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Maraq üçün qeyd edək ki, Modova yığmasına “Neftçi”nin sabiq baş məşqçisi, De Byazinin həmyerlisi olan (İtaliya) Roberto Bordin başçılıq edir

Bundan əvvəl Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan millimiz eyni hesabla Belarusa qalib gəlib.

6 iyun

Yoldaşlıq oyunu

20:00. Moldova – Azərbaycan
Kişinyov, “Zimbru” stadionu

COMMENTS