Milli komandamız bu gün növbəti yoxlama oyununa çıxacaq.
Qol.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi yığmamız Qırğızıstanı qəbul edəcək.
Rəqib millimiz üçün yad deyil. İndiyədək 3 dəfə qırğızlarla üz-üzə gələn yığmamız iki dəfə qalib gəlib, bir dəfə isə heç-heçə edib.
Qeyd edək ki, millimiz Qurban Qurbbanovun rəhbərliyi altında 3 yoxlama oyunu keçirib. Moldova və Makedoniya ilə heç-heçə edən komandamız Belarusa məğlub olub.
Dosye.org
COMMENTS