Millimiz Slovakiyaya qarşı – Yenilənir

Millimiz Slovakiyaya qarşı – Yenilənir

Azərbaycan millisi bu gün Millətlər Liqasının 2022/23 mövsümündə son səfər matçına çıxacaq.

Qol.az xəbər verir ki, yığmamız Slovakiyanın qonağı olacaq.

Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan bu komandaların Bakıdakı oyununda Slovakiya millisi 1:0 hesabı ilə qalib gəlib.

Bugünkü oyunda isə yığmamız qələbə sayəsində 2-ci pilləyə yüksələ bilər. Slovakiya isə yığmamıza uduzmasa, 2-ci pillədəki yerini qoruyacaq.

Qrupun digər oyununda Qazaxıstan Belarusu qəbul edib.

 

22 sentyabr

Millətlər Liqası, 5-ci tur

C liqası, 3-cü qrup

22:45. Slovakiya – Azərbaycan
Baş hakim
: Vilyarm Kallum (Şotlandiya)
Trnava. Anton Malatinski stadionu

COMMENTS