Millimiz üçün monteneqrolu və isveçrəli hakim

Millimiz üçün monteneqrolu və isveçrəli hakim

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda millimizin keçirəcəyi oyunlara hakim təyinatları müəyyənləşib.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, millimizin səfərdə Fransa ilə qarşılaşacağı ilk matç monteneqrolu hakim Nikola Dabanoviçə tapşırılıb.

Nikolay Adamın komandasının İngiltərə və Danimarkaya qarşı oyunlarını isə isveçrəli Adrien Jakkotte idarə edəcək.

26 mart

Fransa – Azərbaycan
Hakimlər: Nikola Dabanoviç, Djordjije Raznatoviç (hər ikisi Monteneqro), Vital Jobin, Adrien Jakkottet (hər ikisi İsveçrə)

28 mart

İngiltərə – Azərbaycan
Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoit Millot (hər ikisi Fransa)

31 mart

Azərbaycan – Danimarka
Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoit Millot (hər ikisi Fransa)

COMMENTS