Millimiz UEFA İnkişaf Turnirində ilk oyununa çıxır

Millimiz UEFA İnkişaf Turnirində ilk oyununa çıxır

Azərbaycan U-17 millisi (2009-cu il təvəllüd) Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək.

QOL.az xəbər verir ki, komanda  meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. “Zimbru” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, millimiz turnir çərçivəsində aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə üz-üzə gələcək.

COMMENTS