21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti yoxlama oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası Macarıstanla üz-üzə gəlib. Matç 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, əvvəlki görüşündə U-21 yığmamız səfərdə Qazaxıstanla bərabərə qalıb – 1:1.
8 iyun
Yoxlama oyunu
19:00. Azərbaycan – Macarıstan – 3:3
Qollar: Makray, 28 (0:1), Haris, 38 (0:2), Ehtiram Şahverdiyev, 49-pen (1:2), Tayti, 50 (1:3), Renat Dadaşov, 67 (2:3), Anton Krivotçuk. 71 (3:3)
Hakimlər: İnqilab Məmmədov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Orxan Məmmədov
Bakı. “Dalğa Arena”
Dosye.org
COMMENTS