Millimizin Avstriyada son sınağı (YENİLƏNİR)

Millimizin Avstriyada son sınağı (YENİLƏNİR)

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün son yoxlama görüşünə çıxacaq.

Qol.az-ın məlumatına görə, Robert Prosineçkinin komandası bu dəfə Kanada ilə qarşılaşacaq.

Daha öncə keçirdiyi iki oyundan uğursuz nəticə ilə ayrılan millimiz bu matçda qələbə qazanmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Avstriyada ilk görüşündə Andorra ilə 0:0 bərabərə qalan yığmamız Makedoniyaya 1:3 hesabı ilə uduzub.

3 iyun

Beynəlxalq yoldaşlıq oyunu

21:00. Azərbaycan – Kanada

Hakimlər: Saşa Amhof, Stefan de Almeyda, Vital Yobin və Adrien Jaccottet (hamısı İsveçrə)

COMMENTS