Millimizin FİFA reytinqində mövqeyi dəyişdi

Millimizin FİFA reytinqində mövqeyi dəyişdi

FİFA milli komandaların yeni dünya reytinqini təqdim edib.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, 1177.83 xala malik olan Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Milli komanda 112-ci sıradadır.

Reytinq cədvəlinə 1858 xalla son dünya çempionu Argentina millisi liderlik edir. Fransa 1840.59 xalla 2-cidir. Belçika 1795.23 xalla 1 pillə irəliləyərək 3-cü pilləyə yüksəlib.

Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilmiş “FIFA series – Edition 2024” layihəsində Monqolustana 1:0 hesabı ilə qalib gəlib, Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

COMMENTS