Millimizin müdafiəçisinin komandasından vacib qələbə

Millimizin müdafiəçisinin komandasından vacib qələbə

Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilib. 

QOL.az xəbər verir ki, millimizin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geydiyi “Tuzlaspor” səfərdə “Sakaryaspor”un qonağı olub.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Bəxtiyar 82-ci dəqiqədə Streli Mambanın əvəzinə meydana çıxıb.

Matç Həsənalızadənin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Vacib qələbə qazanan “Tuzlaspor” xallarının sayını 37-ə çatdırmaqla sona 1 tur qalmış təhlükəli zonadan qurtulub. Hazırda millimizin müdafiəçisinin komandası 14-cü pillədə qərarlaşıb.

COMMENTS