“Avro-2016″nın seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan – Bolqarıstan matçını Azərbaycan və Bolqarıstanla yanaşı, Rusiya telekanalı da canlı yayımlayacaq.
Qol.Az-ın xəbərinə görə, “Sport 1” televiziyası vasitəsi ilə millimizin oyununu canlı izləmək mümkün olacaq. Artıq həmin matç telekanalın proqramına daxil edilib.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan görüşü saat 21:00-da başlayacaq.
COMMENTS