“Avro-2016″nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya yığması iyun ayında yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Qol.Az-ın “Football İtalia”ya istinadən verdiyi məlumata görə, Antonio Kontenin komandası iyunun 16-da Portuqaliya yığması ilə qarşılaşacaq.
Oyun Qətərin Doha şəhərində, “Jassim Bin Hamad” stadionunda keçiriləcək.
Qeyd edək ki, İtaliya millisi martın 31-də Turində İngiltərə yığması ilə yoldaşlıq görüşü keçirəcək.
COMMENTS