“Avro-2017″nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Horst Hrubeş istefa verib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna komandanın “Avro-2015″in yarımfinalında Portuqaliyaya 0:5 hesablı məğlubiyyəti səbəb olub.
“Artıq 64 yaşım var. Bu günə qədər kifayət qədər alqış aldım. İndi getmək vaxtıdır” – deyə Hrubeş bildirib.
Qeyd edək ki, Almaniya millisi “Avro-2017″nin seçmə mərhələsində bu il, sentyabrın 8-də Bakıda yığmamızın qonağı olacaq.
COMMENTS