“Yuventus” ciddi itki ilə üzləşib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Mario Mandzukiç zədələnib.
“Genua” ilə A Seriyasının oyununda zədə alan xorvatiyalı futbolçu 83-cü dəqiqədə əvəzlənib. Tibbi müayinədən keçən futbolçunun 20 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Mandzukiç A Seriyasında 3, Çempionlar Liqasında isə bir oyunda iştirak edə bilməyəcək. “Avro-2016″nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Xorvatiya yığması da Bolqarıstan və Malta ilə görüşlərdə 29 yaşlı futbolçunun xidmətindən yararlana bilməyəcək.
COMMENTS