Millimizin rəqibində yeni baş məşqçi

Millimizin rəqibində yeni baş məşqçi

Latviya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Latviya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Miksu Pataleyne təyin edilib. Finlandiyalı mütəxəssislə UEFA Millətlər Liqasının qrup oyunlarının sonuna qədər müqavilə imzalanıb. Əgər komanda öz qrupunda birinci yer tutsa, 51 yaşlı çalışdırıcı ilə müqavilənin müddəti Avro-2020-nin seçmə mərhələsinin sonuna kimi uzadılacaq.

Qeyd edək ki, Latviya yığması iyunun 9-da Riqadakı “Dauqava” stadionunda millimizlə yoldaşlıq oyunu keçirəcək.
 
Dosye.org

COMMENTS