Millimizin Ukraynanın “Şaxtyor” klubu ilə Türkiyənin Antalya şəhərində keçirəcəyi yoxlama matçının stadionu və başlama vaxtı müəyyənləşib.
Qol.Az-ın “Şaxtyor”un rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma fevralın 24-də “Mardan” stadionunda oynanılacaq.
Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Şaxtyor” millimizlə görüşdən öncə “Atırau” (Qazaxıstan), QKS (Polşa) və “Dinamo” (Minsk, Belarus) komandaları ilə qarşılaşacaq.
Xatırladaq ki,”Şaxtyor” Çempionlar Liqasında mübarizəni davam etdirir. Ukrayna təmsilçisi ÇL-in 1/8 finalının ilk oyununda doğma meydanda “Bavariya” ilə 0:0 hesabı ilə bərabərə qalıb.
COMMENTS