Millimizin SON ŞANSI – YENİLƏNİR

Millimizin SON ŞANSI – YENİLƏNİR

Bu gün Millətlər Liqasında əsas mərhələyə yekun vurulacaq.

Dosye.org  xəbər verir ki, Azərbaycan millisi də turnirdə son qarşılaşmasına çıxacaq.

D liqasında mübarizə aparan yığmamız səfərdə Kosovo ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri 3-cü qrupun qalibi adı uğrunda mübarizədə son matçını keçirəcək.

İlk 5 turda uduzmayan komandaların Priştinadakı görüşü 1-ci yerin sahibinin adına aydınlıq gətirməlidi. Kosovodan 2 xal geri qalan millimiz buna nail olmaq üçün mütləq qalib gəlməlidi.

Bu, qitə çempionatının pley-off mərhələsində oynamaq üçün imkan yarada bilər.

Millətlər Liqası. D liqası, 3-cü qrup

VI tur, 20 noyabr

23:45. Kosovo – Azərbaycan

Baş hakim: Benua Millot

Baş hakimin köməkçiləri: Mehdi Rahmouni, Bertrand Juanno

Dördüncü hakim: Bencamin Paje

Əlavə köməkçi hakimlər: Frank Şneyder, Karim Abed (hamısı Fransa)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)

UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)

Priştina. Fadil Vokrri stadionu

Dosye.org

COMMENTS