21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin düşdüyü vəziyyət futbolsevərləri maraqlandırmaya bilməz.
Futbolçuya yaxın mənbədən Fanat.Az-a verilən məlumata görə, ailəsi Ukraynanın Kropivintsk şəhərində yaşayan gənc yarımmüdafiəçi artıq formasını geyindiyi “Aleksandriya” klubunun düşərgəsindədir.
Təxminən bir həftə öncə könüllü şəkildə klubun bazasına qayıdan Emil məşqlərə başlayıb. Hazırda Ukraynaya hücum edən Rusiya ordusu geri çəkildiyindən futbolçunun doğmalarının yaşadığı Kropivintskdə də durum normallaşıb. Ruslar sözügedən şəhərdən kənarda yerləşən hava limanını və hərbi hissəni raketlə vursalar da, hazırda mülki əhalinin sıx yaşadığı ərazilərdə vəziyyət sabitdir.
Qeyd edək ki, Emil U-21-in martda keçirdiyi 2 oyuna çağırılmayıb.
DOSYE.ORG
COMMENTS