Top.Mail.Ru

Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı

İspaniya 2-ci liqasında 32-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” öz meydanında “Almeriya” ilə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Albasete” hazırda 35 xalla 22 iştirakçı arasında 20-ci pillədə qərarlaşıb.

DOSYE.ORG

COMMENTS