Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı

Almaniya Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, millimizin üzvü Tuğrul Eratın şərəfini qoruduğu “Fortuna II” (Düsseldorf) klubu səfərdə “Vitoriya”nın qonağı olub.

Kölndə baş tutan görüşün taleyini bir qol həll edib. Sanqarenin 24-cü dəqiqədə vurduğu qol “Fortuna II” klubuna qələbə qazandırıb. Start heyətində meydana çıxan Erat 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Fortuna II” geridə qalan 12 turdan sonra 16 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

COMMENTS