Millimizin üzvü Almaniya klubunun kapitanı oldu

Millimizin üzvü Almaniya klubunun kapitanı oldu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da çıxış etdiyi “Aue”də yeni kapitan seçilib.

Qol.az xəbər verir ki, komandanın yeni kapitanı məhz yığmamızın 32 yaşlı üzvü olub. Bu barədə 3-cü Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qapıçı Martin Mennel 7 il daşıdığı sarğıdan artıq imtina edib. Rəhbərlik isə birinci vitse-kapitan Nazarovu əsas kapitan elan edib.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Aue”nin formasını geyinir.

COMMENTS