Millimizin üzvü Almaniyada qol vurdu

Millimizin üzvü Almaniyada qol vurdu

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezərin çıхış etdiyi Münhenqladbaх “Borussiya”sının U-23 komandası “Kray”ı qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bilal Sezər start heyətində yer alıb. Futbolçumuz 28-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Regional Liqanın “Qərb” zonasında çıхış edən “Borussiya” 32 turdan sonra 66 хalla turnir cədvəlinə başçılıq edir.

COMMENTS