Top.Mail.Ru

Millimizin üzvü “Beşiktaş”a keçə bilər

Millimizin üzvü “Beşiktaş”a keçə bilər

“Sabah”ın futbolçusu Ozan Can Kökçü yenidən Türkiyədə çıxış edə bilər.

Qol.az “Akşam”a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə Superliqa təmsilçiləri “Beşiktaş” və “Kasımpaşa” maraqlanır.

“Beşiktaş”ın daha əvvəl “Feyenoord”da çıxış edən Kökçünün qardaşı Orkun Kökçünü də istədiyi, lakin artıq bu transferdən imtina etdiyi bildirilib.

“Qara qartallar”ın “Sabah”la razılaşacağı təqdirdə Ozan Canın “Beşiktaş”la müqaviləyə qol çəkəcəyi qeyd olunub.

Qeyd edək ki, U-21 millimizin üzvünün “Sabah”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.

DOSYE.ORG

COMMENTS