Millimizin üzvü PSV-yə qol vurdu

Millimizin üzvü PSV-yə qol vurdu

Niderland 2-ci liqasında 10-cu turdan təxirə salınmış oyunlar keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün də çıxış etdiyi “Telstar” səfərdə PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. “Telstar” rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Ozan da bu matçın iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana daxil olub. Ozan 80-ci dəqiqədə fərqlənməyi də bacarıb.

Qeyd edək ki, “Telstar” hazırda turnir cədvəlində 15 xalla 12-cidir.

DOSYE.ORG

COMMENTS