Millimizin üzvü Super Liqa klubuna keçdi

Millimizin üzvü Super Liqa klubuna keçdi

Azərbaycanın U-19 və U-21 yığmalarında oynamış Emre Kaplan Türkiyədə klubunu dəyişib. 

Fanat.Az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi Super Liqa klubu “Hatayspor”a keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə “Başakşəhər”ə məxsus olan futbolçu Hatay təmsilçisinə icarəyə verilib. O, qarşıdakı 1,5 ili məhz bu komandada keçirəcək.

Kaplan Azərbaycanın U-19 və U-21 yığmalarında 3 rəsmi oyuna çıxıb.

DOSYE.ORG

COMMENTS