Millimizin üzvü üçün 80 dəqiqə

Millimizin üzvü üçün 80 dəqiqə

Almaniya 2-ci Bundesliqasında 20-ci tura start verilib.

Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda “Arminiya” ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Start heyətdə meydana çıxan Nazarov 80-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki,  30 xalı olan Aue təmsilçisi  18 komanda arasında hazırda 6-cı pillədə qərarlaşıb.

 

COMMENTS