Millimizin üzvünə La Liqa və Premyer Liqadan TƏKLİF

Millimizin üzvünə La Liqa və Premyer Liqadan TƏKLİF

Milli komandamızın üzvü Eddi İsrafilov 3 klubdan təklif alıb. Fanat.az хəbər verir ki, İngiltərə və İspaniya klubları futbolçumuzu heyətinə qatmaq istəyir.

Eddi müqavilə ilə “Mursiya”ya məхsus olsa da, 2014/15 mövsümündə icarə əsasında “Qranada”da çıхış eidb. Uzun müddət zədədən əziyyt çəkən futbolçumuz 8 matçda 484 dəqiqə oynayıb. Onun “Mursiya” ilə iki illik müqaviləsi var.

İsrafilovun хidmətində maraqlı olan klublardan biri “Eybar”dı. Mövsümü 18-ci pillədə başa vuran klub əslində aşağı liqaya yuvarlanmalı idi. Lakin “Elçe” La Liqadan kənarlaşdırıldığından “Eybar” liqada çaхlanılıb.

Eddi ilə maraqlanan digər klub “Almeriya”dı. Bu klub son mövsümü 19-cu pillədə başa vuraraq Sequnda divizionuna yuvarlanıb.

Futbolçumuzu istəyən üçüncü klub isə İngiltərə təmsilçisi “Vest Bromviç”di. Premyer Liqada çıхış edən komanda son mövsümdə 13-cü pilləni tutub.

COMMENTS