Berti Foqts milli komandaya daha bir futbolçu dəvət edib. Fanat.az xəbər verir ki, alman çalışdırıcı Rəşad Sadıqovu komandaya qaytarıb.
Zədəli olan kapitanın adı sentyabrın 29-da açıqlanan heyətə salınmamışdı. Lakin dünən “İnter”lə oyunun ikinci yarısında meydana çıxan Rəşadın sağaldığı məlum olub və yenidən yığmaya çağırılıb. Sadıqov “İnter”lə oyundan sonra birbaşa Almaniyaya yollanıb və bu gün millinin toplanışına qatılıb.
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Palermola İtaliya, 3 gün sonra Osiyekdə Xorvatiya yığması ilə qarşılaşacaq millimizin oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt, ayın 8-dən 11-dək Palermoda, 11-dən 14-dək isə Osiyekdə təlim-məşq toplanışı keçiriləcək. Rəşaddan başqa “Qarabağ”dan Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev, Qara Qarayev və Vüqar Nadirov yığmaya dəvət alıb. Onlar Milandan birbaşa Frankfurta yollanıb
COMMENTS