Millinin sabiq üzvü futboldan ömürlük uzaqlaşdırıldı

Millinin sabiq üzvü futboldan ömürlük uzaqlaşdırıldı

AFFA İntizam Komitəsi adı danışılmış oyunlarda hallanan “Şamaxı”nın sabiq kapitanı Adil Nağıyevlə bağlı qərar verib.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisinin də sabiq üzvü olan müdafiəçi danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Xatırladaq ki, “Şamaxı” danışılmış oyunlarda iştirakda şübhəli bilinən Adil Nağıyev və Georgi Kantariya ilə ötən ilin deakbrında yollarını ayırmışdı.

COMMENTS