Millinin sabiq üzvü intihar etdi

Millinin sabiq üzvü intihar etdi

Litva millisinin sabiq futbolçusu Arturas Rimkyaviçyusun meyiti tapılıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 36 yaşlı sabiq hücumçunun intihar etdiyi güman edilir. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Latviya, Yunanıstan, Finlandiya və Bruneydə legioner həyatı yaşamış Rimkyaviçyus karyerasını 2016-cı ildə başa vurub. O, Litva millisində 7 oyuna 3 qol vurub. Zədələrə görə karyerasını başa vurmuş keçmiş futbolçu Litva çempionatında 205 matçda 117 dəfə qol vurub.

DOSYE.ORG

COMMENTS