Milyonçu şair bu maşınlarda gəzir

Tanınmış şair, milyonçu Gülağa Tənhanın maşın kolleksiyası haqda məlumatlar əldə etmişik

Dosye.org-a daxil olan məlumata görə, bu günlərdə Bakıda olmuş iş adamı yas mərasimində iştirak edib.

Etibarlı mənbənin verdiyi xəbərə görə, milyonçu şair korteclə hüzr mərasiminə təşrif buyurub. Onun maşınlarının hamısının 141 dövlət nömrə nişanlı olduğu deyilir. Bu nömrə nişanda 90, 10, 99 AA, TN və s. seriyalı maşınları var.

Bir müddət əvvəl 15 milyonu batdığı xəbəri yayılan G.Tənha əsas biznesini Rusiya və İspaniyada qurub. Onun tikinti maqnatı olduğu bildirilir.

Azərbaycanda isə biznes maraqları toqquşan qüvvələr onun fəaliyyətinə imkan vermir. Hətta MTN əməliyyatından sonra G.Tənha Eldar Mahmudovla bağlı iddialar səsləndirmişdi.

Dosye.org

COMMENTS