Milyonlarla insanın həyatını xilas edən siçan qızıl medalla mükafatlandırıldı…


Kambocada mina qalıqlarını tapmaq üçün xüsusi təlim keçilən “Magava” adlı bir siçan qızıl medalla mükafatlandırılıb.
İndiyə qədər Kambocada 39 mina və 28 partlayıcı tapan 7 yaşlı nəhəng afrikalı siçan bu prestijli mükafatı alan ilk siçan olub. Günde sadəcə yarım saat çalışan siçan tennis sahəsi büyüklüyündəki bir ərazini sadəcə 20 dəqiqə ərzində axtarır.
Qeyd edək ki, 70 santimetr uzunluğu və 1,2 kiloqram ağırlığı olan siçan milyonlarla insanın həyatını xilas etdiyi üçün İngiltərə mərkəzli heyvanlara yardım təşkilatı “PDSA” tərəfindən mükafatlandırılıb.

COMMENTS