Hacıqabul rayonunda qətl hadisəsi baş verib.
APA-nın xəbərinə görə, qətli törədən şəxsin Mingəçevir şəhər sakini olduğu bildirilir. Adı hələlik açıqlanmayan şəxs iyulun 5-də Hacıqabul rayonunun Qızılburun kəndində bacısını qətlə yetirib, daha sonra meyiti yandırıb.
Meyit bu gün Bakı-Qazax magistralının kənddən keçən hissəsində, yolun kənarında aşkarlanıb.
Qətli törədən şəxs özü polisə təslim olub.
COMMENTS