Mingəçevirdə eşidilən partlayışın səbəbi – MN açıqladı

Mingəçevirdə eşidilən partlayışın səbəbi – MN açıqladı

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.

Bu barədə DOSYE.ORG-a Müdafiə Nazirliyindən bildirilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq. Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək!, – məlumatda vurğulanıb.

Qeyd edək ki, bundan öncə Mingəçevirdə güclü partlayış səsinin gəlməsi ilə bağlı məlumat yayılmışdı.

COMMENTS