Yola saldığımız həftəsonu Mingəçevir şəhərinin mərkəzində ucaldılmış Istiqlal abidəsinin söküntüsüylə yadda qaldı. Qeyd edək ki, abidə 2003-cü ildə ucaldılmışdı. Abidənin müəllifi isə 1999-2005-ci illərdə Mingəçevir şəhərinin baş memarı işləmiş Allahverdi Əliyev (sonradan bir müddət Gəncə şəhərinin baş memarı olmuş A.Əliyev Dövlət Tikinti və Arxitektura Komitəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şöbə müdiri vəzifəsində çalışıb) olub.
Məlumat üçün bildirək ki, abidə sənət nümunəsi baxımından elə də yüksək qiymətləndirilməsə də Azərbaycanda istiqlalımıza həsr olunan ilk abidələrdən biri hesab edilirdi.
Xatırladaq ki, abidənin sökülmə səbəbi barədə heç bir rəsmi məlumat verilmir.
COMMENTS