Mingəçevirdə 18 yaşlı oğlanlar 21 yaşlı qızı qaçırıb

Mingəçevirdə 18 yaşlı oğlanlar 21 yaşlı qızı qaçırıb

Mingəçevirdə gənc qız evlənmək məqsədilə qaçırılıb.

“Report” xəbər verir ki, 18 yaşlı C.Salmanov 21 yaşlı qızı zorla evlənmək məqsədi ilə qaçırıb. Ona bu işdə həmyaşıdı S.Qarayev kömək edib.

Qız və valideynləri şikayətçi olduqları üçün hər iki gənc polis tərəfindən saxlanılıb. Hər iki oğlan barəsində və barələrində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb.

DOSYE.ORG

COMMENTS