Minskdə etirazçılar Lukaşenkonun iqamətgahına doğru gedirlər

Minskdə etirazçılar Lukaşenkonun iqamətgahına doğru gedirlər

Brestdə icazəsiz etiraz aksiyasının iştirakçıları ilə milis əməkdaşları arasında toqquşma olub.

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, gözyaşardıcı qazdan istifadəyə cavab olaraq polislərə şüşələr atılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da öz növbəsində havaya xəbərdarlıq atəşi açıblar. Hansı silahdan istifadə edildiyi barədə məlumat verilmir.

Bundan əvvəl Belarus Daxili İşlər Nazirliyi Brestdə icazəsiz etiraz aksiyası iştirakçılarına qarşı xüsusi texnikanın tətbiq olunduğunu təsdiqləmişdi. Bu barədə jurnalistlərə qurumun mətbuat katibi Olqa Çemodanova açıqlama vermişdi.

Xəsarət alanlar barədə məlumat yoxdur.

**17:19

Minskdə keçirilən “Həmrəylik Marşı” aksiyasına toplaşan on minlərlə insan Belarus Prezidenti Aleksandr Lukaşenkonun iqamətgahına tərəf gedir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, güc strukturları hələ ki insanların hərəkətinə mane olmurlar, lakin şəhərin mərkəzinə cəlb olunmuş milis naryadları hazır vəziyyətdədirlər və əmr gözləyirlər.

16:40

Hüquq-mühafizə orqanları Minskdə “Həmrəylik Marşı” adlı etiraz aksiyasının iştirakçılarının saxlanılmasına başlayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə Minsk Baş Polis İdarəsinin mətbuat katibi Natalya Qanuseviç deyib.

**16:15

Belarus müxalifətinin tərəfdarları Minskin mərkəzində- icazəsiz etiraz aksiyasının planlaşdırıldığı ərazidə toplaşıblar.

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, etirazçılar Müstəqillik prospektində kiçik qruplarla yığışırlar və bütün prospekt boyunca düzülürlər. Müşahidəçilərin dediklərinə görə, Müstəqillik prospektinin Nemiqadan “Qalereya”ya qədər olan hissəsində min nəfərə yaxın adam var.

Öz növbəsində TASS xəbər verir ki, Dövlət Bayrağı Meydanının və BelEkspo sərgi mərkəzinin yanında yerləşən Prezident İqamətgahının yaxınlığında nəqliyyatın hərəkəti tam bloklanıb.

Qeyd edilir ki, güc strukturlarının əməkdaşları Lukaşenkonun iqamətgahına aparan yol qovşağında tikanlı məftildən sədd çəkiblər. Orada iki zirehli transportyor peyda olub.

İqamətgahın yaxınlığında isə səkkiz zirehli kəşfiyyat və patrul maşını (BRDM) var. Bilavasitə  Ali Məhkəmənin binası yaxınlıqda təhlükəsizlik qüvvələrinin- “OMON” və daxili qoşunların maşınları növbə çəkir. Sərgi mərkəzinin yaxınlığındakı ərazi isə daxili qoşunların avtomatlarla silahlanmış əsgərləri tərəfindən mühasirəyə alınıb.

DOSYE.ORG

COMMENTS