Top.Mail.Ru

Miqrasiya Xidmətindən Azərbaycandakı bəzi əcnəbilərlə bağlı sərt addım

Miqrasiya Xidmətindən Azərbaycandakı bəzi əcnəbilərlə bağlı sərt addım

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış Nepal vətəndaşı Bhujel Suman və Hindistan Respublikası vətəndaşları Ajrudeen və Christian Selinben Noyelkumar cari ilin 13, 27 və 30 iyul tarixlərində işgüzar səfər vizası əsasında Azərbaycana giriş ediblərlər.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) Modern.az-a verilən məlumatda bildirilib.
“Onlar üçün müvafiq hüquqi şəxslər tərəfindən iş icazəsinin və iş icazəsi əsasında müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı 3, 5 və 7 avqust tarixlərində Dövlət Miqrasiya Xidmətinə müraciət edilib. Müraciətə baxıldığı müddətdə hər üç əcnəbinin ölkədə olma müddəti, yəni viza müddəti bitmiş, ancaq müraciətə baxıldığı üçün həmin müddətdə onların ölkə ərazisində qalmaları qanuni hesab edilib. Hər üç əcnəbiyə 19.08.2019-cu il tarixdə müvafiq icra hakimiyyəti orqanının rəyi əsas alınmaqla, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olması səbəbindən iş və müvəqqəti yaşama icazələrinin verilməsindən imtina edilmiş və əcnəbilərin viza müddətləri bitdiyindən onlara ölkəni tərk etmələri üçün 10 gün müddət verilib və bu barədə müvafiq qərarların surətləri onlara təqdim olunmaqla qanunverciliyin tələbləri barədə ətraflı məlumatlandırılıblar. Ancaq hər üç əcnəbi verilən müddətdə ölkəni tərk etməyib və müvafiq olaraq 12 və 13 sentyabr tarixlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə (ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırma) əsasən inzibati məsuliyyətə cəlb olunublarr”.

DMX-nin mətbuat xidmətindən bildirilib ki, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış digər 2 nəfər Nepal vətəndaşı Sing Bahadur Tamang və Simon Chundara isə cari ilin 11 və 15 iyun tarixlərində işgüzar səfər vizası əsasında ölkə ərazisinə giriş ediblər:

“Hər iki əcnəbi 23 iyun tarixində Miqrasiya Məcəlləsinin 45.0.6-1-ci maddəsinə (Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda) əsasən müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdi. Təqdim olunmuş sənədlərə əsasən, əcnəbilərə 15 və 18 iyul tarixlərində ilkin olaraq 3 ay müddətinə müvəqqəti yaşama icazəsi verilmişdi. Ancaq sonradan əcnəbilərin faktiki olaraq hər hansı hüquqi şəxsin rəhbəri və ya müavini olduğu deyil, Azərbaycan Respublikası vətəndaşına məxsus həyətyanı sahədə ev təsərrüfatı işlərinə cəlb olunduqları aşkarlanıb. Qeyd olunanlar həm həyətyanı sahənin sahibi olan şəxsin, həm də əcnəbilərin izahatı ilə öz təsdiqini tapıb, əcnəbilərə verilmiş müvəqqəti yaşama icazələri 16 avqust tarixində ləğv edilib və 13 sentyabr tarixində Miqrasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə uyğun olaraq, əcnəbilər barəsində kənara çıxarma haqqında qərar qəbul olunub. Əcnəbilər, barələrində qəbul olunan müvafiq qərarların surətləri onlara təqdim olunmaqla qanunverciliyin tələbləri barədə ətraflı məlumatlandırılıblar”.

DOSYE.ORG

COMMENTS