Miqrasiya Xidmətinin əməkdaşlarına qarşı- ŞOK İDDİA

Dünən axşam saatlarında Türkiyə Respublikasının vətəndaşı, “Asmet LTD” MMC-nin keçmiş direktoru Mehmet Uğursevenler Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları tərəfindən şəxsi avtomobili ilə birgə oğurlanıb.

 

Daxil olan məlumata görə, insan oğurluğu kimi səciyyələndirilən əməliyyata DMX-nin Baş İdarəsinin rəis müavini Rövşən Səfərov və həmin Baş İdarənin şöbə müdiri Qüdrət Məmmədov rəhbərlik edib.

IMG 20141016 WA0000 1 resized Qüdrət Məmmədov və Rövşən Səfərovun rəhbərliyi ilə türk iş adamı Gəncədə oğurlandı Yeri gəlmişkən, məlumat üçün bildirək ki, Qüdrət Məmmədov vaxtilə uzun müddət Biləsuvar sərhəd xidmətində çalışıb. O, fars dilini mükəmməl bildiyi üçün İran vətəndaşları ilə sıx və işgüzar əlaqədə olub. Qüdrət Məmmədov Dövlət Sərhəd Xidmətində Rövşən Səfərovun sağ əli və kassiri olub. Amma bəzi əməllərinə görə sərhəd xidmətindən qovulub. Çünki rəhbərliyə daxil olan məlumata görə, Qüdrət Məmmədov qonşu ölkənin xidmət orqanları ilə “çox mehriban” münasibətdə olub və sonda DSX-dən uzaqlaşdırılıb. Ancaq dostu Rövşən Səfərovun köməkliyi ilə həbsdən yayına bilib. Və bir müddət keçəndən sonra Rövşən Səfərov keçmiş “sağ əli”ni DMX-ə gətirib.
Ancaq öz dövlətinə “məlum münasibət” bəsləyən adam əcnəbi vətəndaşı zorla avtomobili qarışıq oğurlaya bilər…

ŞOK İDDİA: Azərbaycanda türkiyəli iş adamını oğurladılar

…Hadisə ilə bağlı iş adamının həyat yoldaşı Gəncə şəhəri,Yeni Gəncə qəsəbəsi, ev 23, mən 24-də yaşayan Cəfərova Flora Əbülfət qızı DİN-in 102 xidmətinə məlumat verib.
Onu da qeyd edək ki, Qafqaz Xəbər Agentliyi xeyli vaxtdır Mehmet Uğursevenlerin müraciəti əsasında DMX əməkdaşlarının qanunsuz əməlləri və vəzifə səlahiyyətlərini aşmaları barədə ictimaiyyəti məlumatlandırır, ancaq DMX-nin rəhbərliyi, şəxsən qurumun rəhbəri Firudin Nəbiyev heç bir tədbir görmür.
Cəfərova Flora Əbülfət qızı DMX əməkdaşlarının onun həyat yoldaşının başına qətirdiyi zülümlərlə, insanlığa yaraşmayan hərəkətlərlə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət edib.
Ancaq bütün bunlara baxmayaraq Firudin Nəbiyev və onun rəis olduğu qurumun əməkdaşları öz biabırçı əməllərindən əl çəkmirlər.
Görünür, Firudin Nəbiyev və onun “sağdış və soldış”ları kiməsə arxayındırlar ki, belə rəzalətə yol verirlər. Çünki Firudin Nəbiyevi tanıyanlar yaxşı bilir ki, o, bu boyda “cəsarət sahibi” deyil ki, ölkənin ikinci paytaxtı olan Gəncədə hamının gözü qabağında xarici vətəndaşı avtomobili ilə birgə oğurlayıb naməlum istiqamətə aparalar.
Türk iş adamının həyat yoldaşı Cəfərova Flora Əbülfət qızı DMX-nin 919 nömrəli qaynar xətti ilə əlaqə saxlayıb məlumat almaq istəsə də ordan bildiriblər ki, rəsmi qayda da DMX-yə müraciət etməlidir.
Sonra DMX-nin qaynar xətti ilə “Qafqaz Hüquq Mərkəzi” nin baş direktoru, Mehmet Ugursevənlerin nümayəndəsi Samir İsmayılov da əlaqə saxlayıb. Dəstəyi qaldıran xanım bildirib ki, əgər onlarda əcnəbi vətandaşla bağlı məlumat olsa da, məlumat verməyə ixtiyarları yoxdur və ancaq rəsmi qaydada DMX-yə müraciət etmək olar.
Bütün bunlar bir daha sübut edir ki, bu gün DMX-yə rəhbərlik edən və keçmişdə hərbi sistemə aid insanlar, yəni keçmiş Dövlət Sərhəd Xidmətinin əməkdaşları ölkə daxilində əcnəbi vətandaşlara, miqrantlara qaçaqmalçı, sərhədpozucusu kimi baxır.
Buna azacıq şübhə edənlər DMX-nin rəhbər heyətinə nəzər sala bilər.
DMX-nin rəisi Firudin Nəbiyev vaxtı ilə sərhəd qoşunlarında baş qərərqah rəisi olub.
Xidmət rəisinin müavini Pərviz Müsayev vaxtı ilə sərhəd qoşunlarında idarə rəisi olub.
Xidmət rəisinin digər müavini Elman Əliyev vaxtı ilə sərhəd qoşunlarınin N saylı hərbi hissəsində qərərgah rəisinin müavini işləyib.
DMX-nın baş idarə rəisi “cəllad” ləqəbli Rövşən Səfərov vaxtı ilə sərhəd qoşunlarının zabiti olub.
Bu siyahını uzatmaq da olar….
DMX-nın işçilərinin 70 faizi keçmiş sərhədçilərdən ibarətdir. Sərhəd qoşunları hərbi qurum olduğu üçün onlardan insan və vətəndaş hüquq və azadlığına hörmət, humanizm kimi dəyərlər gözləmək özü də absurddur.
Həm də hazırda DMX-də çalışanların əksəriyyəti sərhəd qoşunlarından təqaüdə çıxıblar və DMX-də lövbər salıblar.
Bütün bunlar onu göstərir ki, Firudin Nəbiyevin vəzifədə qaldığı hər saat, hər gün onlarla miqrantın hüquqlarının pozulması deməkdir.
Redaksiyadan: Aldığımız son məlumata görə, Mehmet Uğursevenler hazırda DMX-nin Bakı şəhərindəki Qanunsuz Miqrantların Saxlanması Mərkəzindədir. \\ qafqaznews.az \\

COMMENTS