Son günlər bəzi informasiya agentliklərində İsmayıllı RİH-nin başçısı Mirdamət Sadıqovla bağlı məlumatlar dərc edilir.
Yayımlanan məlumatların haradan qaynaqlandığı o dəqər də maraqlı deyil. Ən azından dezinformasiyalı xəbərlər cəmiyyət tərəfindən qəbul edilmir. Söhbət İsmayıllı rayonundan düşmüşkən nəzərinizə çatdıraq ki, sözügedən rayonun icra başçısı çox hörmətli və eyni zaman da müəllim adını şərəflə qoruyan Mirdamət Sadıqovdur. Hansı ki, yeganə icra başçısıdır ki, rəhbər olduğu rayonda kirayədə yaşayır.
Aydın məsələdir ki, bəzi quvvələr bu məlumatın doğru olmadığını düşünəcək. Necə ki, biz elə düşünürdük. Sonradan bütün araşdırmalar sübüt etdi ki, bəli tarixə iz qoyan icra başçısı kirayədə yaşayır. İsmayıllı rayonun da məlum hadisələrdən sonra rayona rəhbərlik etmək sözün həqiqi mənasinda böyük hünər tələb edirdi. Elə bu səbəbdən ölkə başçısı rayona el ağsaqqalı Mirdamət Sadıqovu təyin etdi.
Əlbətdə ki, bu missiyanı yerinə yetirmək Mirdamət müəllim üçün nə qədər çətin olsada, bir o dəqər məsüliyyətli iş idi. Sevindirici haldır ki, cənab prezident İlham Əliyevin düşünülmüş addımı özünü doğrultdu. Bu gün hər bir İsmayıllı sakini ölkə başçısına dərin dəşəkkürünü bildirir.
Rayonda höküm sürən bəzi neqativ hallar aradan qaldırılıb. İstənilən sahədə irəlləyişlər icra başçısının tələbkarlığından irəli gəlir desək yanılmarıq. Bunlardan əlavə icra hakimiyyətinə təşrif büyürən rayon sakinlərinin sosial problemləri vaxtında həll edilir. Bu da onu deməyə əsas verir ki, İsmayıllı RİH-nin başçısı Mirdamət Sadıqov rayon sakinlərin firavanlığı naminə var quvvə ilə çalışır.
Əfsüslər olsun ki, bəzi saytlar İsmayıllı RİH-nin başçısı M. Sadıqovla bağlı məlumatlara diqqət yetirmir. Saxta emaillərlə saytlara ünvanlanan məlumatların heç bir əsası yoxdur. Çünki İsmayıllı rayonu üçün əlindən gələni əsirgəməyən M. Sadıqov qara niyyətli quvvələrin tezlikə ifşa olunacağına əmindir.
COMMENTS