Mirdamət Sadıqov: müstəqil respublikamızın tərəqqisində müstəsna xidmətləri olan şəxsiyyət

Artıq 24 ildir ki, yenidən öz istiqlalına qovuşmuş, bəzi xarici və daxili xəyanətkar qüvvələrin birgə səyləri nəticəsində parçalanmaq və süquta uğramaq ərəfəsində olan ölkəmiz 1993-cü il tarixində milli xilaskara çevrilən mərhum və unudulmaz Heydər Əliyev siyasi zəkasının, böyük təfəkkür fırtınasının bəşər təcəssümü olan milli lider ziyası sayəsində qurtulmağa nail ola bildi.

Və bu siyasi iradə, milli birlik sayəsində respublikamızda bir sıra böyük iqtisadi irəliləyişlərlə yanaşı, tarixi nailiyyətlərə də ima atıldı. Mərhum Prezident, milli lider Heydər Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan Respublikası böyük dövlətlərin qarşısına iri addımlarla yürüdükcə, hər toxunuşu bir titrəyişlə dünya siyasətinin çətin cığırlarına pozulmaz ləpirlər həkk etdi. Avropa Şurası Parlament Asambleyasında mövzusundan və niyyətindən asılı olmayaraq ölkəmiz daim diqqət mərkəzində oldu. Avropanın nəhəng güc mərkəzləri, “şüur analitik qurumları”, dünyaya siraət edə biləcək təşkiilatları respublikamızı daha yaxından izləməsi ilə müşahidə etmələrinə zəmin yaratdı.

Bütün bunlar isə təbii olaraq Heydər Əliyev siyasi ideologiyası tərəfindən yüksək xətt üzrə inkişaf edən Müstəqil Azərbaycan dövlətinin üzərində qurulduğu təməl prinsiplərinin proqramı idi. Keçmiş sovet imperiyasının süqutundan sonra yenidən müstəqilliyini qazanmış və bu günədək davam edən, hər gün daha bir beynəlxalq nailiyyətlər qazanmış, milli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab prezident İlham Əliyevin məqsədyönlü siyasəti dövlətimizin günbəgün qüdrətini artırmaqdadır.

Prezident elm adamlarına daha böyük önəm verir Respublikamızın müstəqillik dönəmində atılan hər bir uğurlu addımın arxasında ölkə rəhbərinə dəstək vermiş, vicdanlı və şərəfli vətəndaş missiyasını həyata keçirmiş insanların, dövlət məmurlarının əksəriyyətinin məhz ayrı-ayrı sahələr üzrə elmi nailiyyətlərini vərəqlədikcə bütün bu uğurların arxasında sağlam təfəkkürün qabiliyyətini aydınca görmək mümkündür.

Məsələn, fəsləfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin, akademik Arif Paşayevin, professor Əli Həsənovun, professor Fəttah Heydərovun, professor Mirdamət Sadıqovun milli dövlətçiliyimizin möhkəmləndirilməsində, insanların problemlərinin həllində tək öhdələrinə düşən vəzifə borcları ilə deyil, həm də yüksək insani dəyərləri ilə mənəvi dəstək olmaları, ən çətin dönəmlərdə xalqın arasında görünmələri dediklərimizin bariz nümunəsidir.

Mirdamət Sadıqovun keçdiyi şərəfli ömür yoluna qısaca bir nəzər salaq: iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin “Maliyyə” ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakultəni əla qiymətlərlə bitiribr.

O, elə həmin ildə də İnsititutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər “laborant” və “baş laborant” vəzifəsinə təyin edilibr.

1977-ci ilin noyabr ayının 2-də Azərbaycan Xalq Təsərrüfatı İnsititutunun Komsomol komitəsinin katibi seçilib və 1982-ci ilin sentyabr ayının 10-dək bu vəzifədə çalışıb. 1973-cü ildən 1977-ci ilə qədər həmin insititutun “Maliyyə-kredit” kafedrasının aspiranturasında oxuyub və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisadiyyat elmlər namizədi adına layiq görülüb.

Əməkdə fərqləndiyinə görə 1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Əmək vəşadətinə ” görə medalı ilə təltif olunmuş, 1981-ci ildə SSRİ Ali və orta ixisas Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülüb. 1982-ci ilin 10 sentyabr tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnsititutu “Maliyyə -kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakultəsinin dekanı vəzifəsinə təyin edilib, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dossenti seçilib və 1988-ci ilin iyul ayının 8-nə qədər qeyd olunan vəzifələrdə işləyib.

1988-ci ilin iyul ayının 8-dən Bakı “Maliyyə-kredit” texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışıb, texnikumun Azərbaycan Maliyyə-iqtisad kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci ilin aprel ayının 8-dən 1999-cu ilin iyul ayının 27-nədək kollecin direktoru vəzifəsinə təyin edilib. 1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür.

1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi” nin icraçı direktorudur. 1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib.

COMMENTS