Mirmahmud Mirəlioğlu: “Milli Şurada qalmağımın bir səbəbi var”

Mirmahmud Mirəlioğlu: “Milli Şurada qalmağımın bir səbəbi var”

Bu gün Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin vəfatının 14-cü ildönümü münasibəti ilə Fəxri Xiyavabana yürüş keçirilib.

 

Hafta.az-ın verdiyi xəbərə görə, öncə ziyarətə gələn Milli Şuraya üzvü olduğu KXCP-çilər qatılmayıb. Bir qədər sonra isə Müsavat partiyasının yürüşü zamanı sədr Mirmahmud Mirəlioğlu da daxil olmaqla KXCP-çilər bir yerdə ziyarət ediblər.

M.Mirəlioğlu Hafta.az-a açıqlamasında niyə Milli Şura ilə yox, Müsavat ilə ziyarət etmələrini belə açıqlayıb: “Biz hamıdan öncə saatı təyin etmişdik. Biz heç kəslə gəlmədik, heç kəs də bizimlə gəlmədi. Hər kəs öz təyin etdiyi vaxta gəldi. Biz ziyarət vaxtını Milli Şuradan öncə təyin etmişdik. Buna görə də, Milli Şura vaxtı bizə uyğunlaşdırılmalı idi. Bizimlə eyni vaxtda gəlsəydilər, heç bir problem olmazdı”.

KXCP sədri Milli Şuradan çıxıb-çıxmadıqları barədə sualı belə cavablayıb: “Milli Şurada qalmağımın bir əsas səbəbi var. O da başlanğıcda olan münasibətlərin sona qədər bizim tərəfimizdən saxlanmasıdır. Bu mövcud təlatümlü, kövrək münasibətləri sona qədər saxlamaq lazımdı”.

M.Mirəlioğlu bildirib ki, ictimaiyyət Müsavat partiyası ilə ziyarət vaxtının təsadüfən üst-üstə düşməsinə istər inansın və ya inanmasın: “Biz etdiyimizi doğru sayırıq”.

Ziyarət zamanı Müsavat başqanı İsa Qəmbər M.Mirəlioğluna müraciət edib jurnalistlərə nəzərdə tutaraq diqqətçəkən ifadələr işlətdi: “Qoy bizi təbii formada, birgə yol gedərkən çəksinlər. Biz bir yerdəyik, yolumuzu da birgə gedirik”.

COMMENTS