Mişel Obama yenə efirdə oynadı

Amerika prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama məşhur aparıcı Ellen Degenersin proqramına dördüncü dəfə dəvət edilib.

Amerikanın ən məşhur verilişlərindən biri olan “So You Think You Can” adlı rəqs yarımasının qalibləri də M.Obama ilə birlikdə studiyada olublar. Proqram zamanı aparıcı yarış qaliblərindən rəqs etmələrini istəyib.

Həmin anda M.Obama da onlarla birlikdə rəqs etmək istədiyini bildirib. Rəqsi ilə hər kəsi təəccübləndirən firs lady onları Ağ Evə də dəvət edib. Rəqs yarışmasının qalibləri Paska bayramında Ağ Evdə rəqs edəcəklər.

COMMENTS