Misli Premyer Liqasında 29-cu tur başlayır

Misli Premyer Liqasında 29-cu tur başlayır

Bu gün Misli Premyer Liqasında 29-cu tura start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

“Araz-Naxçıvan” öz meydanında “Kəpəz”lə üz-üzə gələcək. Oyun saat 20:00-da başlayacaq. Komandalar hazırda turnir cədvəlində qonşu pillələrdə qərarlaşıblar. “Araz-Naxçıvan”  32 xalla 8-ci, “Kəpəz” isə 27 xalla 9-cu pillədədir.

Turun digər oyunları aprelin 6-da və 7-də keçiriləcək.

 

5 aprel (cümə)

Misli Premyer Liqası, 29-cu tur

20:00. “Araz-Naxçıvan” – “Kəpəz”
“Liv Bona Dea Arena”

6 aprel (şənbə)

16:00. “Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Səbail”
Tofiq Bəhramov adına Respublika Stadionu

7 aprel (bazar)

16:30. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

20:00. “Neftçi” – “Sumqayıt”
“Neftçi Arena”

COMMENTS