“Miss Globe International”ın finalçıları modelyer Günel Behbudovanın səhnə libaslarında

“Miss Globe International”ın finalçıları modelyer Günel Behbudovanın səhnə libaslarında

“Miss Globe International”ın finalçıları modelyer-dizayner Günel Behbudovanın gecə libaslarından boyük zövq alıblar.

 

Onlar bu libaslarda “Baku Crystall Hall” səhnəsinə çıxacaqlar.

“Miss Globe International” müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də “Baku Crystall Hall”da keçiriləcək. Finalçılar saat 19:00-da qırmızı xalça üzərindən keçəcəklər, saat 21:00-da isə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq bayram gecəsi başlayacaq.

Müsabiqə RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir.
Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy, İnna və Rumıniyanın “Radio Killer” qrupu var. Baş sponsor “Khazar Islands”dır.
“Miss Globe International” dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

Biletlərin əldə edilməsi məsələləri üzrə əlaqə nömrələri: (012) 596 62 49, (077) 498 00 00

COMMENTS