Ermənistan polisi İrəvanda etiraz aksiyalarının iştirakçılarına dəstək vermək üçün siqnal verən sürücələrin avtomobillərini cərimə meydançasına aparıb.
“Trend”in Ermənistan KİV-ə istinadən verdiyi məlumata əsasən, belə avtomobillərin sayı 80-90-dır.
Etirazçılardan biri bildirib ki, polisin bu addımı atmağa haqqı yoxdur: “Polisdən avtomobilləri qaytarmağı tələb edirik”.
Bu arada Ermənistan polisi İrəvandakı etiraz aksiyası iştirakçılarına xəbərdarlıq edib ki, onlar yalnız Baqramyan prospektini bağlaya bilərlər.
Bunu Ermənistan polisinin rəisi Vladimir Qasparyan deyib. Onun sözlərinə görə, əks təqdirdə polis onlara qarşı sərt tədbirlər görəcək.
COMMENTS